"Neftçi" Topaz Premyer Liqanın 10-cu turunda qarşılaşacağı "Keşlə" ilə oyunun hazırlığına start verib. Klubun rəsmi saytında yer alan məlumata görə, "Qarabağ" ilə qarşılaşmadan (3:1) sonra birgünlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşqə çıxıb. Məşqdə zədəlilər – Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratskidən başqa, bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, "ASK Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu noyabrın 3-ü saat 17:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB