“Yuventus” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo “Instagram”da ən populyar insan hesab olunur. Belə ki, futbolçunun sosial şəbəkədəki səhifəsində 144 milyon 200 mindən çox insan qeydiyyatdan keçib. Ronaldo bu göstəriciyə görə müğənni Selena Qomesi (144 milyon izləyici) üstələyib.
Xatırladaq ki, bu yay 33 yaşlı forvard 117 milyon avro müqabilində Madridin “Real” klubundan “Yuventus”a keçib. İtalyan klubunun tərkibində oynadığı 12 matçda o, 7 qolun və qolla nəticələnən 5 ötürmənin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB