Məhəmməd Mirzəbəyov bir ay futboldan kənar qalacaq

Məhəmməd Mirzəbəyov bir ay futboldan kənar qalacaq

Topaz Premyer Liqasının 9-cu turunun "Qarabağ”la oyununun (3:1) ilk hissəsində zədələnərək əvəzlənən "Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəlib. Klubun rəsmi saytında yer alan xəbərə görə, tibbi baxışdan sonra məlum olub ki, oyunçunun qarın əzələlərində yırtıq var. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq. Qeyd edək ki, Məhəmməd Mirzəbəyov geridə qalan 9 turun 7-də 90 dəqiqə meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə