"Real" azarkeşləri Ramosa qarşı aksiya hazırlayırlar

"Real" azarkeşləri Ramosa qarşı aksiya hazırlayırlar

"Real"ın azarkeşləri komandanın kapitanı Serxio Ramosa qarşı aksiyaya hazırlaşırlar. "Cadena Ser" nəşri yazır ki, klubdakı vəziyyətdən narazı olan azarkeşlər ən yaxın matçda ispan müdafiəçini fitə basmağı planlaşdırırlar. Onlar komandadakı neqativ mühit üçün məsuliyyətli şəxsin Ramos olduğunu hesab edirlər. Qeyd edək ki, Madrid təmsilçisi son 6 matçın cəmi birində qələbə qazanıb. Komanda son olaraq ölkə çempionatında "Barselona"ya 1:5 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə