Bu gün Türkiyənin İstanbul şəhərində FIFA-nın İnfrastruktur üzrə iclası keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov və İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev tədbirdə iştirak edir. AFFA rəsmiləri Bakı Olimpiya Stadionunun 3-cü məşq meydanının, həmçinin “Sumqayıt” Futbol Klubunun ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın əsas və məşq meydanlarının təqdimatı ilə çıxış edəcəklər.
Qeyd olunan meydanlar AFFA tərəfindən FIFA-nın dəstəyilə inşa olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB