"Fənərbaxça" baş məşqçi axtarışlarına başlayıb - Namizədlər kimlərdir?
Hollandiyalı Filip Koku ilə yollarını ayıran "Fənərbaxça" vaxt itirmədən baş məşqçi axtarışlarına başlayıb. SİA-nın məlumatına görə, İstanbul təmsilçisinin namizədləri artıq müəyyənləşib.
"Fənərbaxça"nın prezidenti Ali Koçun bir nömrəli hədəfi Leonardo Jardimdir. "Monako"dan ayrıldıqdan sonra işsiz qalan Jardimlə bağlı yeganə problem onun Qətərdən də təklif almasıdır. Onun alternativi "Fənərbaxça"nın sabiq futbolçusu Roberto Karlosdur. Klubu və ölkəni yaxşı tanıdığından, rəhbərlikdə bir çox şəxs onun lehinə qərar verilməsini gözləyir.
Digər namizədlər isə Mirça Luçesku, Tayfun Korkut və Loran Blandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB