"Beşiktaş" alman qapıçını "Liverpul"a geri qaytarır

"Beşiktaş" alman qapıçını "Liverpul"a geri qaytarır

"Beşiktaş" yayda "Liverpul"dan 2 illik icarəyə götürdüyü Loris Kariusun çıxışından razı deyil. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, İstanbul təmsilçisi alman qolkiperi vaxtından öncə "qırmızılar"a qaytarmaq istəyir. Əvəzində, "Beşiktaş" "Liverpul"dan Divok Oricini icarəyə götürmək istəyir. "Qırmızılar" isə belçikalı forvardı birdəfəlik satmağı düşünür.

Qeyd edək ki, 25 yaşlı Karius 2016-cı ildə "Maynts"dan "Liverpul"a 7,5 milyon avro qarşılığında keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə