"Keşlə"də Tərlan Əhmədovun qarşısında hansı şərtlər qoyulub?

"Keşlə"də Tərlan Əhmədovun qarşısında hansı şərtlər qoyulub?

Xəbər verdiyimiz kimi, Mladen Milinkoviçlə yolları ayıran "Keşlə" baş məşqçi postunu Tərlan Əhmədova həvalə edib. 46 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

SİA-nın məlumatına görə, rəhbərlik T.Əhmədova qış fasiləsinə kimi komandanı ağır durumdan çıxarmağı tapşırıb. Bununla yanaşı, "Keşlə"nin avrokuboklara vəsiqə qazanması da şərt kimi irəli sürülüb.

Qeyd edək ki, "Keşlə" 8 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 5 xalla 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə