"Gənclər və İdman Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ənənəvi olaraq 2010-cu ilin iş cədvəlini təsdiqlənmiş plana uyğun olaraq həyata keçirib". Bu sözləri SİA-ya açıqlamasında Baş İdarənin rəisi Raqif Abbasov deyib. Onun sözlərinə görə, 2010-cu ildə beynəlxalq əlaqələrin gücləndirilməsi, yarışların təşkili məzmunun keyfiyyətinin yaxşılaşdırılması, seleksiya işinin davam etdirilməsi, qeyri-olimpiya növlərində kütləviliyin artırılması idman sahəsində prioritet istiqamətlər kimi götürülüb. O qeyd edib ki, şahmat və futbolun inkişafına dair dövlət proqramlarının istiqaməti üzrə mühüm işlər görülüb və bu proseslər davam etdirilməkdədir.
"2010-cu ilin yekunlarına dair sonuncu yekun konfrans bu ilin dekabr ayının 21-də keçiriləcək. Tədbirdə foto-hesabat təqdim olunacaq. Həmin hesabatda idman və gənclər sahəsinə dair görülən bütün işlər haqqında geniş məlumat veriləcək . Bədən tərbiyəsi sahəsində fərqlənən hakim, məşqçi, idmançılar, eyni zamanda bizimlə çiyin-çiyinə çalışan kütləvi informasiya vasitələri təltif olunacaq", - deyə o bildirib.
Daha sonra 2011-ci ilin planlarından danışan baş idarə rəisi yeni ilin daha məsuldar olacağını vurğulayıb: "2011 idman sahəsində London Olimpiya oyunlarına hazırlıq üçün başlanğıc ildir. Məhz növbəti ilin yanvar ayından dekabr ayına qədərə olimpiya oyunlarına lisenziya xarakterli yarışlar keçiriləcək. İdman sahəsində beynəlxalq əməkdaşlıq daha da genişləndirəcək, işimizi əsas postsovet ölkələri ilə quracağıq.
İslam, Xəzəryanı və Qara Dəniz ölkələri ilə əməkdaşlığa daha çox üstünlük verəcəyik. Eyni zamanda paytaxt növbəti ildə də bir sıra beynəlxalq irimiqyaslı yarışlara ev sahibliyi edəcək. Növbəti il 20 yanvar faciəsinin 20-ci ildönümüdür. Bununla bağlı olaraq xüsusi plan üzrə iş davam etdiriləcək. İşlər tələbə gənclər təşkilatları arasında "Ekologiya ili"nin yekunları, innovativ texnologiyalar və beynəlxalq əlaqələrin yüksəldilməsi üzrə qurulacaq. Bədən tərbiyəsi sahəsində paytaxtın ətraf kəndlərində seleksiya işinin gücləndirilməsi, mövcüd olimpiya komplekslərində müxtəlif yaş qruplarında yarışların təşkili nəzərdə tutub".
Orta, peşə məktəbləri, əlil və fiziki qüsurlu uşaqlarla işin davam etdiriləcəyini deyən R.Abbasov Bolqarıstanın Varna, İranın Urmiya, Rusiyanın Vladimir və Dərbənd şəhərləri ilə işlərin genişləndiriləcəyini, bu şəhərlərə ezamiyyətlər təşkil olunacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB