Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında hakimlər və məşqçilər üçün Dünya Karate Federasiyasının (WKF) qaydalarına uyğun növbəti seminar və nəzəri imtahan keçirilib. SİA-nın məlumatına görə, AMKF-nin prezidenti Yaşar Bəşirov seminar iştirakçılarına uğurlar arzulayaraq yarışlarda və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətindən, həmçinin onların bilik səviyyələrinin artırılmasından, nəzərdə tutulan gələcək planlardan danışıb.
Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi və digər beynəlxalq hakimlər Şahin Xudaverdiyev və Anar Allahverdiyevin assistentliyi ilə seminarda WKF-in qaydalarında dəyişiklik və yeniliklər milli dərəcəli hakimlərin diqqətinə çatdırılıb. Seminarın ardından dərəcə imtahanları keçirilib. Respublikanın müxtəlif bölgələrindən olan hakimlər və məşqçilər müvafiq səviyyələrinə uyğun qiymətlər alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB