Türkiyə Superliqasında 10-cu tura yekun vurulub - NƏTİCƏLƏR

Türkiyə Superliqasında 10-cu tura yekun vurulub - NƏTİCƏLƏR

Türkiyə Superliqasında 10-cu tura yekun vurulub. SİA-nın məlumatına görə, "Beşiktaş" "Rizəspor"u qəbul edib və 4:1 hesabı ilə qalib gəlib. Turun digər oyununda "Göztəpə" səfərdə "Akhisar"a uduzub - 0:1.

Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 21 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" və "Qalatasaray" hərəyə 19 xalla 2-3-cü pillələri bölüşdürür. "Beşiktaş" isə 18 xalla 4-cüdür.

"Beşiktaş" - "Rizəspor" - 4:1
Qollar: Mustafa Pektemek, 3 (1:0), 40 (2:0), Enzo Roko, 49-avtoqol (2:1), Fink, 72-avtoqol (3:1), Vaqner Lav, 79 (4:1)

"Akhisar" - "Göztəpə" - 1:0
Qol: Jozue, 3

Bütün xəbərlər Facebook səhifəmizdə