Madridin "Real" futbol klubu komandanın baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın Direktorlar Şurası bu qərarı Madrid klubunun nəticələrinin qənaətbəxş olmaması ilə bağlı qəbul edib. Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq bundan əvvəl "Kastilyu" klubunu çalışdırmış Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis oktyabrın 30-dan klubda işə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə