"Fənərbaxça"da baş məşqçi axtarışları başlayıb

"Fənərbaxça"da baş məşqçi axtarışları başlayıb

"Fənərbaxça" futbol klubunda yeni baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.Türkyə mətbuatının yazdığına inansaq, klub rəhbərliyi bu vəzifəyə yerli mütəxəssis gətirməyi planlaşdırır. Namizədlərin hazırda klubsuz olan Tayfun Korkut, Hamza Hamzaoğlu, Kemal Özdeş və "Başakşəhər"in çalışdırıcısı Abdullah Avcı olduğu bildirilir. Yerli mütəxəssislər alınmayacağı təqdirdə, əcnəbi Leonardo Jardimlə danışıqlara başlanacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" dünən baş məşqçisi Filipp Kokunu istefaya göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə