"Yuventus" şokda: Əmrə Can bir ay oynamayacaq

"Yuventus" şokda: Əmrə Can bir ay oynamayacaq

"Yuventus"un futbolçusu Əmrə Can bir ay yaşıl meydanlardan uzaqda qalacaq. İtaliya mətbuatının yazdığına görə, türk əsilli yarımmüdafiəçidə zob aşkarlanıb. Almaniya millisinin üzvü bu gün Frankurtda əməliyyat olunacaq. Qeyd edək ki, səhhətindəki problemə görə Ə.Can A Seriyasının son turunda "Empoli" ilə görüşdə də iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə