İbrahimoviçin “Milan”a keçidi gələn ay baş tutacaq?

İbrahimoviçin “Milan”a keçidi gələn ay baş tutacaq?

“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviçin “Milan”a keçidi gələn ay gerçəkləşə bilər. Bu barədə İtaliyanın “calciomercato.com” saytı xəbər yayıb.

Komandası MLS-də pley-offa çıxmaq şanslarını itirdiyindən isveçli futbolçu yenidən Avropaya qayıtmaq istəyir. Hazırda onun xidmətində 2 klub – “Real” və “Milan” maraqlıdır. Ancaq İtaliya təmsilçisinin 37 yaşlı forvardı transfer etmək şansları daha yüksək qiymətləndirilir. Son vaxtlar tez-tez İbrahimoviçin meneceri Mino Rayola ilə görüşən “Milan”ın idman direktoru Leonardonun gələn ay məsələni həll edəcəyi iddia olunur. Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə “Milan”ın şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə