“Baku Fires” boks komandası qrupda liderdir

“Baku Fires” boks komandası qrupda liderdir

Dekabrın 18-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində Dünya üzrə Boks Seriyası (WSB) Liqası yarışlarının dördüncü mərhələsi çərçivəsində növbəti görüş keçirilib.

SİA-nın xəbərinə görə, Bakının "Baku Fires" boks komandası Koreya Respublikasının "İncheon Red Wings" kollektivini qəbul edib. Yığmamızın heyətində Rəhim Nəcəfov (54 kq), Koba Pxakadze (61 kq), Osman Əliyev (73 kq), Denis Poyatska (85 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yer alıblar.

İdmançılarımız R.Nəcəfov Lukaş Adam Maşçuka, K.Pxakadze Doja Liyə, O.Əliyev Kyuçeol Liyə və M.Məcidov Rüstəm Saidova qalib gəliblər. Yarışda yeganə boksçumuz D.Poyatska rəqibi Abdelxafid Bençaba məğlub olub.

Beləliklə, "Baku Fires" klubu rəqibini 4:1 hesabı ilə məğlub edib. Xatırladaq ki, "Baku Fires" WSB Liqasında keçirdiyi hər üç görüşdə qələbə qazanıb. Komandamız əvvəlcə Bakıda Çinin "Beijing Dragons" komandasını 5:0, səfərdə isə Qazaxıstanın "Astana Arlans" kollektivini 4:1, doğma meydanda Koreyanın "İncheon Red Wings" komandasını ilk görüşdə 4:1 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə