Əli İsmayılov kubalı Yoan Pablo Ernandeslə qarşılaşacaq

Əli İsmayılov kubalı Yoan Pablo Ernandeslə qarşılaşacaq

Dekabrın 18-də Almaniyanın paytaxtı Berlində Azərbaycan boksçusu Əli İsmayılov və kubalı Yoan Pablo Ernandesin iştirakı ilə keçiriləcək boks şousu başa çatmaqda olan cari ildə boks aləmində ən irimiqyaslı hadisələrdən biri olacaqdır.

SİA-nın xəbərinə görə, Əli İsmayılov (18 qələbə (13-ü nokautla), 3 məğlubiyyət və 1 heç-heçə) birinci ağır çəkidə WBA versiyası üzrə dünya çempionu kəmərinə rəsmi iddiaçı adı uğrunda Kubanın 26 yaşlı boksçusu Yoan Pablo Ernandeslə (22 qələbə (11 nokautla) və 1 məğlubiyyət) qarşılaşacaqdır. Çox güman ki, bu, Azərbaycan idmançısı Əli İsmayılov (Əlinin artıq 36 yaşı vardır) üçün çempion adı almaq üçün sonuncu imkanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə