Messi: “Suaresin het-trik etməsinə sevindim"

Messi: “Suaresin het-trik etməsinə sevindim"

"Barselona"nın hücumçusu Leonel Messi komandasının “El Klassiko”da qələbəsini şərh edib. SİA-nın məlumatına görə, argentinalı futbolçu komanda yoldaşlarının uğuruna sevindiyini deyib: “Əla oyun oldu. Suaresin het-trik etməsinə sevindim. “Nou Kamp”da "Barselona" fırtınası tüğyan etdi. Hamını təbrik edirəm”.

Xatırladaq ki, argentinalı hücumçu 9-cu turda "Sevilya" ilə matçda zədələnib. Hələlik oyunlara qatılmır. Messi 9 oyunda meydana çıxıb, 7 qol vurub. O, həmçinin 5 məhsuldar ötürmə edib. Messi “Qol+ötürmə” sistemi üzrə birinci yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə