Mexiko avtodromunda Formula 1 Meksika Qran-Prisinə yekun vurulub. SİA-nın məlumatına görə, “Red Bull” komandasının pilotu Maks Ferstappen turnirin qalibi olub. Çempionatın lideri Lyuis Hamilton isə finiş xəttinə dördüncü çatıb və bu nəticə sayəsində mövsümün sonuna iki mərhələ qalmış çempion tutulunu qazana bilib. Bu, onun karyerasında 5-ci dünya çempionu tituludur. Sebastyan Fettel çempionatda vaxtından əvvəl ikinci yeri tuta bilib.
Konstruktorlar Kubokunda “Mersedes” komandasının “Ferrari” üzərində üstünlüyü isə 55 xal azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB