"Qarabağ" - "Muğan" matçında futbolçular hakimi təhqir etdilər

"Qarabağ" - "Muğan" matçında futbolçular hakimi təhqir etdilər

Azərbaycan Premyer Liqasının XVIII turunun ilk oyunu başa çatıb. SİA-nın məlumatına görə, "Qarabağ" - "Muğan" oyunu qalmaqalla olsa da, başa çatıb. Bir çox hakim səhfləri ilə yadda qalan görüşdə hesabı 40-cı dəqiqədə Rəşad Sadiqov açıb. Gərginliyin artdığı qarşılaşmada ikinci qolu da Ağdam təmsilçiləri vurub. Bu dəfə isə 58-ci dəqiqədə Vüqar Nadirov fərqlənib. Bu qol vurulduqdan sonra "Muğan"ın futbolçuları hakimə etiraz ediblər. Hətta, Pandev yan xətt hakiminin üstünə gedərək hakimi təhqir edib. Baş hakimin də üstünə gedən "Muğan"ın futboçuları gərginlik yaradıb. Futbolçular hakimi itələyərək kobudluq ediblər. Bu hadisəyə səbəb isə futbolçuların iddia etdikləri cərimə zərbəsinin hakimi verməməsi olub. Qapısını toxunulmaz saxlayan "Qarabağ" 2:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, bu gün ümumilikdə 4 qarşılaşma keçirilməlidir. Günün ikinci matçı - "Gəncə"-"Neftçi" hələ davam edir. Flaqman 40-cı dəqiqədə Emil Mpenzanın və 70-ci dəqiqədə İqor Mitrevskinin vurduğu qollarla 2:0 öndədir. Daha sonra isə, turun mərkəzi matçında "İnter" "Bakı"nın, "Xəzər Lənkəran" isə MOİK-in qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə