"Keşlə" baş məşqçisi Mladen Milinkoviçlə yolları ayırıb. SİA-nın məlumatına görə, komandanın uğurusuz nəticlərindən sonra serbiyalı mütəxəssislə müqavilə ləğv olunub. Paytaxt klubunun "sükanı arxası"na Tərlan Əhmədovun keçəcəyi ehtimalı var. Son olaraq, "Neftçi"də çalışmış mütəxəssisin "Keşlə"yə təyinatı real görünür.
Digər variant isə uzun illər klubda işləyən Zaur İsmayılovdur. Rəhbərlik postu klubu daha yaxından tanıyan Z.İsmayılova da həvalə edə bilər.
İşsiz olan mütəxəssislər arasında "Zirə"dən ayrılan Ayxan Abbasov da var. Ötən gün "Keşlə"nin "Səbail"lə matçını stadiondan izləyən mütəxəssisin klubun baş məşqçisi kimi təqdim olunduğunu görsək, təəccüblənməməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB