"Qarabağ" - "Muğan" oyununda hakim biabırçılığı

"Qarabağ" - "Muğan" oyununda hakim biabırçılığı
Premyer Liqanın XVIII turunun Suraxanıda keçirilən açılış oyununda - "Qarabağ" - "Muğan" matçında baş hakim Ceyhun Haşımov biabırçı qərar verib. SİA-nın məlumatına görə, baş hakim ilk hissənin 43-cü dəqiqəsində (42:30) fitini səsləndirərək ilk yarının başa çatdığını bildirib və matçı dayandırıb. Komandalar soyunub-geyinmə otağına gedib. 45 dəqiqə tamam olmamış hakimin bu cür qərar verməsi yan hakimləri təəccübləndirib. Ceyhun Haşımov ona yaxınlaşan yan hakimlərə də məhəl qoymayıb. Elə futbolçular da meydanı tərk etməkdə tərəddüd ediblər. Hissələrarası fasilədən qayıdan futbolçular hakimin qərarı ilə ilk yarının yarımçıq qalan hissəsini oynayıblar. Daha sonra isə birbaşa qapılar dəyişib və ikinci hissəyə start verilib. 

Bütün xəbərlər Facebook səhifəmizdə