Bakıda Kyokuşindo idman növü üzrə beynəlxalq dostluq seminarı keçirilib. SİA-nın məlumatına görə, oktyabrın 27-28-də Balaxanı İdman Kompleksində təşkil edilən seminara Azərbaycan Almaniya, Küveyt və İraqdan olan idmançı və nümayəndə heyətləri qatılıblar.
Beynəlxalq Kyokuşindo Təşkilatının rəhbəri Kanço Hagen Behbudi və Azərbaycan Kyokuşindo Təşkilatının rəhbəri Fariz Mirzəyevin başçılığı ilə keçirilən tədbirdə 60-dan çox idmançı və nümayəndə heyəti üzvü iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra isə yerli və xarici qonaqlar çıxış edərək Azərbaycanda idmanın inkişafından, dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışıblar. Onlar belə seminarların Azərbaycanda və dünyada döyüş idman növlərinin inkişafına böyük təkan olduğunu qeyd ediblər. Qonaqlar yüksək təşkilatçılığa və dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Seminarda ən yeni fəndlər, texniki, taktiki üslublar və qaydalar haqda geniş məlumat verilib. İdmançılar H.Behbudi və F.Mirzəyevin rəhbərliyi ilə praktiki şəkildə yeniliklər üzərində işləyiblər.
Sonra Azərbaycan Kyokuşindo Təşkilatının rəhbəri F.Mirzəyev master-klass göstərib.
İdmançıların nümunəvi çıxışları da alqışlara səbəb olub.
Sonda tədbirin qonlarına fəxri diplomlar, idmançılara isə seminarda iştirak etdikləri haqda diplomlar və kəmərlər təqdim olunub. Azərbaycan Kyokuşindo Təşkilatının rəhbəri F.Mirzəyevə Beynəlxalq Kyokuşindo Təşkilatının hədiyyəsi verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB