"Fənərbaxça" baş məşqçisi Filipp Koku ilə yolları ayırıb. Bu barədə klubun saytı məlumat yayıb. Türkiyə Superliqasının 10-cu turunda "Ankaragücü"yə 1:3 hesablı məğlubiyyətdən sonra bu qərar verilib. Komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən F.Koku istefaya göndərilib. Qeyd edək ki, "Fənərbaxça" hazırda ölkə çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB