"Fənərbaxça" öz meydanında şok məğlubiyyətlə üzləşib

"Fənərbaxça" öz meydanında şok məğlubiyyətlə üzləşib

Futbol üzrə Türkiyə Super Liqasının 10-cu turu favoritlərin gözlənilməz məğlubiyyətləri ilə yadda qalıb. Lider "Qalatasaray" səfərdə "Yeni Malatyaspor"a 2-0 hesabı ilə məğlub olub. "Malatyaspor"un qollarını Miçel Donald və Adəm Böyük vurub.

"Fənərbaxça" isə öz meydanında şok məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi doğma divarlar arasında "Ankaragücü"nə 3-1 məğlub olub. Ankara klubunun qollarını Rikardo Fati, Ərdəm Özgənc və El Kebir vurub. "Fənər"in heyətində isə Frey fərqlənib.

Bu nəticələrdən sonra "Qalatasaray" liderlik taxtından enərək, yerini "İstanbul Başakşəhər"ə təhvil verib.

Bütün xəbərlər Facebook səhifəmizdə