Ronaldo "Yuventus"un "qol maşınına" çevrilir!

Ronaldo "Yuventus"un "qol maşınına" çevrilir!

"Yuventus" futbol üzrə İtaliya A seriyasında növbəti oyununa çıxıb. Turin təmsilçisi 10-cu turda "Empoli"nin qonağı olub. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Yuventus"un hər iki qolunu Kriştiano Ronaldo vurub.

"Empoli" - "Yuventus" - 1:2
Qollar: Kaputo, 28 (1:0), Ronaldo, 54-pen (1:1), 70 (1:2)

Bu qələbə ilə xalını 28-ə yüksəldən Massimiliano Alleqrinin komandası liderliyi möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə