İngiltərənin “Tottenhem” futbol klubunun yeni stadionunun açılış tarixi hələ məlum deyil. SİA-nın məlumatına görə, klubun prezidenti Daniel Levi azarkeşlərə verdiyi açıqlamasında, ən azı bu ilin sonunadək ev oyunlarını “Uembli” stadionunda keçirəcəklərini bildirib: “Mən özüm stadionun açılış tarixini bilmək istərdim, amma indiyədək bu, mümkün deyil. Yeni stadionun açılışı bir sıra mühüm amillərdən asılıdır. Bir şeyi dəqiq deyə bilərəm ki, biz ən azı dekabrın 29-dək burada qalacağıq".
Xatırladaq ki, “Tottenhem”ın yeni stadionunun açılışı təhlükəsizlik problemləri üzündən dəfələrlə təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB