FIFA İspaniya La Liqasının XXI turunda "Cirona" - "Barselona" oyununun ABŞ-ın Mayami şəhərində keçirilməsinə icazə verməyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla bağlı qərar FIFA Şurasının Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında qəbul olunub. Ali futbol qurumu bu məsələdə İspaniya Futbol Federasiyasının mövqeyini dəstəkləyib.
Qeyd edək ki, La Liqa rəhbərliyi matçın 2019-cu il yanvarın 27-də ABŞ-da keçirilməsini planlaşdırırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB