Aykido Federasiyası beynəlxalq seminar keçirir

Aykido Federasiyası beynəlxalq seminar keçirir

Azərbaycan Aykido Federasiyası Nəbi Vuralın rəhbərliyi ilə Aykido üzrə beynəlxalq seminar keçirir. SİA-nın məlumatına görə, Nəbi Vural Fransa Aykido və Budo Federasiyasının aparıcı instruktoru və eyni zamanda, Avrasiya Aykido təşkilatının texniki direktorudur. O, aykido sahəsində 35 illik təcrübəyə malikdir və sensey Nabuyoşi Tamuranın tələbəsi olub.

Qeyd edək ki, seminar sabah yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə