Bundesliqada 9-cu tura start verilib

Bundesliqada 9-cu tura start verilib

Almaniya Bundesliqasında 9-cu tura start verilib. SİA-nın məlumatına görə, turun ilk qarşılaşmasında “Frayburq” evdə Münhenqladbax “Borussiya”sını 3:1 hesabı ilə məğlub edib.

Bundesliqanın turnir cədvəlinə 20 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Münhenqladbax "Borussiya"sı və "Verder" 17 xalla 2-3-cü yerləri bölüşürlər. "Frayburq" 12 xalla 8-cidir.

"Frayburq" - "Borussiya Münhenqladbax" 3:1

Qollar: Nils Petersen, 1 (pen.), Luka Valdşmidt, 57, Lukas Höler, 90 - Torqan Hazard, 20 (pen.)

Bütün xəbərlər Facebook səhifəmizdə