"İnter” klubunun prezidenti dəyişib

"İnter” klubunun prezidenti dəyişib

İtaliyanın "İnter” klubunun prezidenti dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Milan təmsilçisinin yeni rəhbəri Stiven Chan olub. Çinli iş adamı bu vəzifədə indoneziyalı Erik Tohiri əvəzləyib. Chan “İnter”in 21-ci prezidenti olub.

27 yaşlı Chan "İnter”in əsas səhimdarı "Suning Holdings Group”un sahibi Çjan Tszindunun oğludur.

Qeyd edək ki, "İnter” İtaliya A Seriyasında 9 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə