UEFA Rumıniya millisini cəzalandırıb

UEFA Rumıniya millisini cəzalandırıb

UEFA-nın İntizam Komitəsi Rumıniya millisini cəzalandırıb. Ali futbol qurumunun rəsmi saytında yer alan xəbərə görə, Rumıniya yığmasına bir oyun azarkeşsiz oynamaq cəzası verilib. Rumıniyanın Millətlər Liqasında Serbiyaya qarşı keçirdiyi ev oyununda azarkeşlərin qeyri-etik davranışlarına görə cəzalandırıldığı bildirilib.

Millətlər Liqasında noyabrın 17-də Litvanı qəbul edəcək Rumıniya yığmasının azarkeş dəstəyi olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə