“Keşlə” - “Qarabağ” matçının vaxtı müəyyənləşib

“Keşlə” - “Qarabağ” matçının vaxtı müəyyənləşib

Topaz Premyer Liqasının VII turundan təxirə salınmış “Keşlə” - “Qarabağ” oyununun vaxtı, yeri və təyinatları müəyyənləşib. SİA-nın məlumatına görə, qarşılaşma oktyabrın 31-də “ASK Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq. Təyinatları nəzərinizə çatdırırıq:

31 oktyabr (çərşənbə)

“Keşlə” - “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
“ASK Arena”, 19:00 (“CBC Sport”/canlı)

Bütün xəbərlər Facebook səhifəmizdə