Azərbaycanda kapoeyranın inkişafı sual altındadır - ÖZƏL

Azərbaycanda kapoeyranın inkişafı sual altındadır - ÖZƏL

Azərbaycan Kapoeyra Federasiyasının Azərbaycanda inkişafı təhlükədədir. Bu barədə SİA-ya açqılamasında federasiyanın prezidenti Taleh Orucov deyib. Onun sözlərinə görə, federasiyanın paytaxtda fəaliyyət göstərən zalları bağlanmaqda davam edir. O qeyd edib ki, artıq Bakıda 10 zal qalıb: "Gənclər və İdman Nazirliyi Dünya və Avropa Çempionatlarına getmək üçün maliyyə ilə bizi təmin edir. Yəni ancaq xarici səfərlərə dəstək verilir. Yalnız beynəlxalq miqyasda uğurlu çıxış etmək üçün Azərbaycanda inkişaf etmək lazımdır. Ötən illə müqayisə zallarımız azalıb. Bakıda cəmi 10 zal qalıb. Buna səbəb isə maliyyənin olmamasıdır. Qalanları bağlanıb. Uşaqlardan alınan pullarla zalları saxlamaq mümkün deyil. Bunun üçün ayrıca yardımlar olmalıdır. Ötən il müəyyən dəstəklər oldu, bu il isə heç bir dəstək yoxdur.

"Bu barədə müvafiq qurumlara məlumat vermisinizmi?", - sualına federasiya prezidenti belə cavab verib: "Bu tək kapoeyraya aid deyil, bütün qeyri-olimpiya növlərinə aiddir. Belə növlərə yalnız illik 20-30 min manat ayrılır. Biz Azərbaycan daxilində nə ediriksə, şəxsi tanışlıqlar, sponsorluq hesabına edirik. Hazırda böyük şirkətlərə müraciətlər edirik. Amma hələ ki, razılıq almamışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə