"Çelsi"nin baş məşqçisi start heyətini təyin edərkən çətinlik çəkdiyini bildirib. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis çətinliyini belə izah edib: “Klubda 28 futbolçu var. Meydana isə 11 nəfər çıxmalıdır. Seçimdə çətinlik çəkirəm. Problemi həll etməyi bacarmıram. Yarımmüdafiəçilərimin xasiyyəti taktiki problemlə üz-üzə qalmağıma səbəb olur. Barkli və Loftus-Çikanı eyni vaxtda meydana buraxa bulmirəm. Loftusu azarkeşlər çox sevir. "Çelsi" akademiyasının yetirməsidir. Futbolçuya olan bu münasibət normal haldır. Ancaq mənə problem yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB