"Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqası çərçivəsində səfər matçında "Sportinq" üzərində qələbədən danışıb. SİA-nın məlumatına görə, çalışdırıcı komandasının qrup birincisi olmaq istədiyini deyib: “İkinci hissədə komandamın daha yaxşı oynayacağına əmin idim. Fasilədə şanslarımızı dəyərləndirdik. Sonuncu 45 dəqiqədə gözlədiyim oldu. Rəqibi bütün hallarda üstələməyi bacardıq. Üstünlük qələbə qazandırdı. Hesab edirəm ki, birinci hissədə necə yaxşı oynamağın yollarını tapmalıyıq. Bizim üçün ən önəmlisi nəticədir. "Arsenal"ın qrup birincisi olmaq şansı var. Bu şansı əldən verə bilmərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB