Avropa Liqasının püşkü atılıb - RƏQİBLƏR

Avropa Liqasının püşkü atılıb - RƏQİBLƏR

Avropa Liqasının püşkü atılıb. SİA-nın məlumatına görə, turnirin 1/16 və 1/8 final mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Türkiyənin turnirdəki tək təmsilçisi "Beşiktaş" 1/16 finalda Kiyev "Dinamo"suna rəqib olub. İstanbul klubu "Dinmo"nu keçəcəyi halda "Aris" (Yunanıstan) - "Mançester Siti" (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.
Turnirin favoritlərindən olan "Liverpul" 1/16 finalda Çexiyanın "Sparta" klubunu sınağa çəkəcək. "Napoli" "Vilyarreal"la, "Sevilya" "Portu"yla, "Benfika" "Ştutqart"la qarşılaşacaq.
"İnter"i Çempionlar Liqasında mübarizədən kənarlaşdıran "Lex" Portuqaliyanın "Braqa" klubuna rəqib olub. Rusiya "Rubin"i ötən mövsüm "Qarağağ"ı yenən "Tvente", Moskva "Spartak"ı 2008-2009 mövsümündə "Bakı"nı mübarizədən kənarlaşdıran "Bazel"lə qarşılaşacaq. "Zenit" "Yanq Boyz"ə, Moskva ÇSKA-sı PAOK-a, BATE PSJ-yə, "Metallist" "Bayer"ə rəqib olub.

1/16 final

1. Napoli (İtaliya) - Vilyarreal (İspaniya)
2. Reyncers (Şotlandyia) - Sportinq (Portuqaliya)
3. Sparta (Çexiya) - Liverpul (İngiltərə)
4. Anderlext (Belçika) - Ayaks (Hollandiya)
5. Lex (Polşa) - Braqa (Portuqaliya)
6. Beşiktaş (Türkiyə) - Dinamo (Kiyev, Ukrayna)
7. Bazel (İsveçrə) - Spartak (Moskva, Rusiya)
8. Yanq Boyz (İsveçrə) - Zenit (Rusiya)
9. Aris (Yunanıstan) - Mançester Siti (İngiltərə)
10. PAOK (Yunanıstan) - ÇSKA (Moskva, Rusiya)
11. Sevilya (İspaniya) - Portu (Portuqaliya)
12. Rubin (Rusiya) - Tvente (Hollandiya)
13. Lill (Fransa) - PSV (Hollandiya)
14. Benfika (Portuqaliya) - Ştutqart (Almaniya)
15. BATE (Belarus) - PSJ (Fransa)
16. Metallist (Ukrayna) - Bayer (Almaniya)

1/8 final

14-cü cütün qalibi - 15-ci cütün qalibi
6-cı cütün qalibi - 9-cu cütün qalibi
12-ci cütün qalibi - 8-ci cütün qalibi
10-cu cütün qalibi - 11-ci cütün qalibi
13-cü cütün qalibi - 2-ci cütün qalibi
16-cı cütün qalibi - 1-ci cütün qalibi
4-cü cütün qalibi - 7-ci cütün qalibi
3-cü cütün qalibi - 5-ci cütün qalibi

Bütün xəbərlər Facebook səhifəmizdə