Əliyar Ağayev "Sürix" - "Bayer" matçıni idarə edib

Əliyar Ağayev "Sürix" - "Bayer" matçıni idarə edib

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda keçirilən "Sürix" - "Bayer" (Leverkuzen) oyununu idarə edib. SİA-nın məlumatına görə, görüş İsveçrə klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ə.Ağayev bu matçda 4 sarı vərəqə göstərib. O, iki dəfə meydan sahibi, iki dəfə qonaq komandanın futbolçularını cəzalandırıb.

Qeyd edək ki, bu qələbə ilə xalını 9-a yüksəldən "Sürix" vahid lider olub.

Bütün xəbərlər Facebook səhifəmizdə