U-17 Çexiya yığması ilə qarşılaşacaq

U-17 Çexiya yığması ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, futbolçularımız Albaniyanın Lishnija şəhərindəki Roza Haxhiu stadionunda Çexiya yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 14:00-da başlayacaq görüşü idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: Boris Marhefka (Slovakiya)

Baş hakimin köməkçiləri: Tomaş Vorel (Slovakiya), Elis Pulaj (Albaniya)

Dördüncü hakim: Florian Lata (Albaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə