Xəbər verdiyimiz kimi, sabah Sərhədçi Olimpiya Mərkəzində boks üzrə WSB liqası çərçivsində Azərbaycanın "Baku Fires" və Cənubi Koreyanın "İncheon Red Wings" koamandaları qarşılaşcaqlar. SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq bu gün, sözügüdən mərkəzdə hər iki komandanın iştirakı ilə mətbuat konfransı keçirilib.
WSB liqasının supervayzeri Şbib Mahomed Kamel yarışın mükəmməl təşkil olunacağına inandığını, komandasında heç bir problem olmadığını bildirib.
Daha sonra çıxış edən rəqib komandanın baş meneceri Tae Younq Kim ötəndəfəki məğlubiyyətin acısını çıxmağa çalışacaqlarını qeyd edib.
Azərbaycan təmsilçisinin baş meneceri Rizvan Gəncəyev isə çıxış edərək döyüşlərə yalnız qələbə üçün çıxacaqlarını vurğulayıb. O, arenaya girşin pulsuz olacağını qeyd edib.
Çıxışlardan sonra komandalırın üzvləri təqdim olunub və çəki prosesinə başlanılıb.
Rəqiblər
54 kq
Rəhim Nəcəfov - Lukaş Adam Maşçuk
61 kq
Koba Pxakadze - Doja Lin
73 kq
Osman Əliyev - Kyuçeol Lin
85 kq
Denis Poyatska - Abdelxafid Bençablan
+91
Məhəmmədrəsul Məcidov - Rüstəm Saidov
Çəki prosesindən sonra komandaların baş məşqçiləri media nümayəndələrinin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB