"Real" Çempionlar Liqasından neçə milyon qazanıb?

"Real" Çempionlar Liqasından neçə milyon qazanıb?

UEFA 2017-2018 mövsümündə futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən klubların gəlirlərini açıqlayıb. Qurumun rəsmi saytında yer alan xəbərə görə, ötən mövsümün nəticələrinə əsasən, ən çox qazanan Madrid "Real"ı olub. Çempionlar Liqasının son qalibi ümumilikdə 88 milyon 654 min avro gəlir götürüb. İspanlar bu məbləğin 12 milyon 700 minini qrup mərhələsinə vəsiqə qazandıqları üçün, 7 milyon 24 minini nəticələrə görə əldə edib. Klubun marketinq gəlirləri 33 milyon 430 min avro olub. Bundan başqa, komanda 1/16, 1/8, 1/4, yarımfinal mərhələsi və finala çıxdığı, eyni zamanda turnirin qalibi olduğu üçün isə ümumilikdə 35,5 milyon avro qazanıb.

UEFA-dan ən çox gəlir əldə edən ikinci klub isə 83 milyon 802 min avro ilə "Qarabağ"la C qrupunda yer alan "Roma" olub. İtaliya klubu məbləğin 45 milyon 209 min avrosunu təkcə marketinq gəlirlərindən qazanıb. Siyahıda 3-cü yeri finalda "Real"a 1:3 hesabı ilə uduzan "Liverpul" tutur. Mersisaydlıların qazancı 81 milyon 283 min avro təşkil edib. Ötən mövsümün digər yarımfinalçısı "Yuventus" isə ümumilikdə 80 milyon 57 min avro gəlir götürüb. Turin klubu marketinq gəlirlərində bütün rəqiblərini qabaqlayıb - 48 milyon 964 min.

Qeyd edək ki, ötən il Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmış “Qarabağ”ın ümumi gəliri isə 16 milyon 819 min avro olub.

Bütün xəbərlər Facebook səhifəmizdə