Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama görüşünü keçirib. SİA-nın məlumatına görə, Vüqar Məmmədin yetirmələri Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutan görüş qolsuz bərabərliklə tamamlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB