Ernesto Valverde: "İnter"in hücum planlarını əngəllədik"

Ernesto Valverde: "İnter"in hücum planlarını əngəllədik"

"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandasının Çempionlar Liqasının 3-cü turunda İnter üzərində qələbəsini (2:0) dəyərləndirib. SİA-nın məlumatına görə, mütəxəssis nəticədən razı qaldığını bildirib. “İnter" öz oyununu göstərə bilmədi. Biz imkan vemədik. Oyuna və topa nəzarət əsas məqsədimiz idi. Bunu bacardıq. Topu özümüzdə saxlamaqla "İnter"in hücum planlarını əngəllədik. Artur əla oynadı. Yüngül zədəsi olduğundan onu əvəzlədim. Risk etmək istəmədim. “El-Klassiko” ərəfəsində əldə etdiyimiz bu qələbə futbolçularımda psixoloji üstünlük yaradacaq”.

Qeyd edək ki, Çempionlar Liqasının B qrupuna 9 xalla "Barselona" başçılıq edir. Altı xal toplayan "İnter" ikincidir.

Bütün xəbərlər Facebook səhifəmizdə