U-19 millimiz bu gün Bolqarıstan yığması ilə qarşılaşacaq

U-19 millimiz bu gün Bolqarıstan yığması ilə qarşılaşacaq

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan U-19 millimiz növbəti sınaq oyununa çıxacaq. SİA_nın məlumatına görə, yığmaməz bu gün Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə üz-üzə gələcək.

Qeyd edək ki, tərəflər arasında iki gün əvvəl baş tutan matçda qol vurulmayıb.

Yoxlama görüşü

25 oktyabr

12:00. Bolqarıstan (U-19) - Azərbaycan (U-19)

Bütün xəbərlər Facebook səhifəmizdə