ATV-dən Azərbaycan Kikboksinq Federasiyasına sərt cavab - QALMAQAL

ATV-dən Azərbaycan Kikboksinq Federasiyasına sərt cavab - QALMAQAL
Bir neçə saat öncə kikboksinq üzrə Azərbaycan milli komandalarının rəisi Sadıq Bağırov SİA-ya açıqlama verərək Azad Azərbaycan Televiziyasının (ATV) federasiyadan məlumat almamış federasiyanın tanımadığı şəxslərin kikboks üzrə dünya çempionatında iştirakı ilə bağlı xəbər yayımladığına görə Azərbaycan Kikboksinq Federasiyasının Azad Azərbaycan Televiziyasını (ATV) məhkəməyə verəcəyini bildirmişdi. SİA-nın xəbərinə dərhal reaksiya verən televiziyanın idman şöbəsinin direktoru İlkin Xəlilov məsələyə aydınlıq gətirib: "Məkhkəmənin üzü Kikboksinq Federasiyasına açıqdı. Əvvəlcə gedib öz idmançılarından hesabat tələb etsinlər. Bizə bu məlumatı kikboksçular deyib. Məgər biz süjetdə balet oynayanı, ya şahmatçını kikboksçuların adından danışdırmışıq? Kikboksçular yarışa gedib, biz də olanı demişik. Biz Azərbaycan idmanına xidmət edirik, Kikboks Federasiyasına yox! Yarışa hər kim gedibsə, Azərbaycanın bayrağını yüksəldib. Bundan bəziləri qıcıqlanıbsa, bu ATV-nin günahı deyil. Bu hərəkətlər Kikboksinq Federasiyasının qeyri-peşəkarlığından xəbər verir".

Bütün xəbərlər Facebook səhifəmizdə