Qadın güləşçimiz dünya çempionatında bürünc medal qazandı!

Qadın güləşçimiz dünya çempionatında bürünc medal qazandı!

Azərbaycanın qadın güləşçisi İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında bürünc medal qazanıb. Qol.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Forrest Ann Molinari ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba bürünc medal qazanıb.

Qeyd edək ki, 50 kq-da çıxış edən Mariya Stadnik mundialın finalına vəsiqə qazanıb. Xatırladaq ki, bundan əvvəl güləşçimiz Cəbrayıl Həsənov dünya çempionatında gümüş medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə