21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabr ayında iki yoldaşlıq oyunu keçirəcək. AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, yığmamız noyabrın 15-də, saat 20:00-da, “Dalğa Arena”da Ukrayna seçməsi ilə qarşılaşacaq.
4 gün sonra - noyabrın 19-da isə Zeniça səhərində Bosniya və Herseqovina yığması ilə yoldaşlıq oyunu təşkil olunacaq. Bu oyunun keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB