Aleksis Sançes "qırmızı şeytanlar"dan ayrılır?

Aleksis Sançes "qırmızı şeytanlar"dan ayrılır?

“Mançester Yunayted”in futbolçusu Aleksis Sançes komandadan ayrıla bilər. İngiltərə mətbuatının yazdığına görə, çilili hücumçu baş məşqçi Joze Mourinyo ilə yola getmir. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Yuventus”la oyunöncəsi zədəli olduğu üçün məşqə qatılmadığı deyilən futbolçunun əslində heç bir zədəsinin olmadığı və qəsdən bu cür etdiyi bildirilir. Qeyd edək ki, 29 yaşlı futbolçu Mançester təmsilçisinə bu ilin yanvarında London “Arsenal”ından transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə