"Qarabağ"a texniki məğlubiyyət verilib

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub. SİA-nın məlumatına görə, Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Səbail” matçında Ağdam klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 8000 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə