Mourinyo "Real" açıqlaması: "Ora qayıtmayacağam"

Mourinyo "Real" açıqlaması: "Ora qayıtmayacağam"

"Mançester Yunayted" futbol klubunun baş məşqçisi Joze Mourinyo "Real"a qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib. "The Guardian"ın xəbərinə görə, portuqaliyalı mütəxəssis deyilənlərin yalan olduğunu qeyd edib: "Yox, yenidən "Real"ı çalışdırmayacağam. Mənim gələcəyim burdadır. Çünki "Mançester Yunayted"lə davam edən müqaviləm var. Bu klubda xoşbəxtəm. Müqaviləmin sonuna qədər "Mançester Yunayted"də qalacağam".

Xatırladaq ki, 55 yaşlı məşqçi 2010-2013-cü illərdə Madrid klubunu çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə